Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:34

-

REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli iyunun 17-də ölkədən çıxışına qoyulmuş qadağaya görə, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub. Bu haqda onun özü facebook səhifəsində yazıb.

E.Qədirlinin bildirməsinə görə, idarədə onunla nəzakətlə davranıblar:

“...Üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib”

E. Qədrili onunla idarənin cinayət axtarışı şöbəsinin rəisinin görüşdüyünü bildirib.

“Dedi ki, rəhbərliyin tapşırığı ilə anlaşılmazlığa görə üzr istənilir və Real təmsilçilərinin hamısının üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə, dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”, - Erkin Qədirli yazıb.

E.Qədirli iyunun 17-də səhər saatlarında Bakı aeroportundan xaricə ölkəyə buraxılmamışdı. İstirahət məqsədi ilə Türkiyəyə gedəcək olan E.Qədirliyə “sənin ölkədən çıxışla bağlı “stop”un var” demişdilər.

E.Qədirli hava limanından geri qaytarılmışdı

Günün bütün mövzuları

XS
SM
MD
LG