Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:11

-

Azərbaycanda həbs edilənlərin 4,6 faizi qadınlar, 95,4 faizi isə kişilərdir.

Dövlət Statistika Komitəsinin yeni açıqladığı bilgilərdə belə deyilir. Statistik bilgilər 2014-cü ilin yekunlarına aiddir.

Komitə bildirir ki, 2014-cü ildə ümumilikdə 12 724 kişi, 618 qadın məhkum edilib.

Azadlıqdan məhrum edilənlərin 280-i 14-18 yaşlar arasında olub. Onlardan 8-i qadındır.

Komitənin bilgilərində qadınların əsasən oğurluğa görə, məhkum edildiyi qeyd edilir.

Kişilərin törətdiyi cinayət növləri sırasında isə narkotik maddələr, yol hərəkəti təhlükəsizliyi, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və xuliqanlıq əməlləri üstünlük təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG