Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45

►Nazirlik rəsmisi: "Azəriqaz" əmin edir ki, qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır...”

“İndiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb. Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır ”.

Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin baş məsləhətçisi, hüquqşünas Samid Əliyev belə deyib.

APA-nın xəbərinə görə, nazirlik rəsmisi vurğulayıb ki, qazın yanma prosesi düzgün getmir. Bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir.

İstehsal edən də, satan da, yoxlayan da SOCAR-dır...

“Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq . Bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq. "Azəriqaz" qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir. Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür”, deyə nazirlik rəsmisi şikayətlənib.

Onun deməsinə görə, dövlət standartlarına uyğun olaraq hər bir kubmetrə 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur:

“Amma "Azəriqaz" əməkdaşları bunu dövlət müqavilələrində 8 000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır. Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son zamanlar çox olub ".

S.Əliyev bildirib ki, təbii qazın keyfiyyətinin yoxlanılması ilə bağlı nazirliyinin adıçəkilən idarəsində laboratoriya quraşdırılması planlaşdırılır.

“Artıq laboratoriya qurulub və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən akkreditasiyadan keçir. Laboratoriya 2-3 aya tam fəaliyyətə başlayacaq. İstehlakçıdan qazın keyfiyyəti və tərkibi ilə əlaqədar olaraq hər hansı şikayət daxil olarsa, Dövlət Xidmətinin əməkdaşları yerində qazın analizini götürəcək. Ardından laboratoriyada yoxlayıb, onun standarta uyğun olub-olmadığını təyin edəcək", - deyə o qeyd edib.

Yerli mətbuat yazır ki, Azərbaycanda qış aylarında hər həftə dəm qazından boğulmaya görə, 3-4 nəfər həlak olur.

XS
SM
MD
LG