Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:14

Azərbaycanda qeyri-rəsmi yasaq mövzular varmı?


İlham Əliyevin və ailəsinin İtaliyada istifadə etdiyi yaxtanın interyeri
İlham Əliyevin və ailəsinin İtaliyada istifadə etdiyi yaxtanın interyeri

Azərbaycandan qaçıb, Fransada yaşayan 22 yaşlı siyasi mühacir Məhəmməd Mirzəli deyir ki, onun Azərbaycanda qalan ata-anasına təzyiq edirlər. Onun fikrincə, bu təzyiqlər onun Facebook-da yaratdığı “Heydəristan” saytı ilə bağlıdır.

Azərbaycanda hansı mövzulara qeyri-rəsmi qadağa var? Onlara toxunmaq təhlükəlidir?

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Hüquq müdafiəçisi Əsabəli Mustafayev deyir ki, Azərbaycanda qeyri- rəsmi qadağan olunmuş mövzular var:

“Belə mövzular var. Artıq praktikadan da cəmiyyətə bəllli olub ki, elə mövzular var ki, orda olan amilləri tənqid etmək olmaz. İlk növbədə bu ölkə başçısının şəxsiyyətidir, əhatəsidir, ailə üzvləridir. Düzdür, bəzən bu barədə yazılar olur. Amma o yazılarla bağlı sonradan problemlər yaranır.

Sonra bəzi məmurlar var ki, onlar artıq toxunulmaz kimi qəbul olunub. Onlar haqda da yazılar müəyyən problemlər yaradır. O cümlədən də son günlərin təcrübəsi göstərir ki, Azərbaycanın problemlərini xaricdə qaldırmaqla istər xaricdə yaşayan azərbaycalılar üçün, istər ölkədə yaşayan və xaricə gedib bu problemləri qabardan şəxslər üçün ciddi problemlər yaranır. Həm o şəxsin özü üçün, həm də ailə üzvləri üçün. Təcrübədə də var. Ölkə başçısı. Onun ailəsi haqda yazılar ayzdığı üçün Xədicə İsmayılova həbs olunmuşdu. Xaricdə yaşayan azərbaycanlılar təqiblərə məruz qalmışdı. Bu çox təəssüf ki, çox geniş yayılıb və bunun qarşısını alacaq hüquqi səddlər yoxdur. Ona görə də bəzi imkanlı, vəzifəli, səlahiyyətli şəxslər bundan istifadə edirlər.

Məsələn, tənqidçi şəxslərin ölkə xaricinə buraxılmaması, indi də bir sıra şəxsləri, hüquq müdafiəçilərini ölkə xaricinə buraxmırlar. Ona görə ki, məhz onlar hakimiyyətin yuxarı eşalonu ilə bağlı problemləri xaricdə qaldırırlar. Düzdür, ölkə daxilində bu barədə yazılır. Bəzən buna guya ki, nisbətən loyal yanaşırlar. Amma onun əvvəl-axır, bir müddət keçəndən sonra problemi çıxır. Yəni ya həmin şəxsin özünə, ya ailə üzvlərinə qarşı. Yəni bu cavabsız qalmır.”

Hüquq müdafiəçisi Əsabəli Mustafayev deyir ki, belə mövzular var
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

"BU, SİYASƏTDİR, HEÇ NƏ DƏYİŞMƏYİB"

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli bildirir ki, bu, hakimiyyətin uzun illərdir Azərbaycanda apardığı siyasətdir və heç nə dəyişməyib.

“Azərbaycanda bir dənə əsas mövzu var ki, qadağandır. O da hakim ailəyə toxunmaq olmaz, onlarla bağlı hansısa araşdırma, hansısa tənqidi fikir söyləmək olmaz. Əgər kimsə hökumətin ən yuxarı dairəsində duran çevrəyə nəsə deyirsə, həmin insanlarla bağlı problem yaranır. Ümumiyyətlə, əgər hansısa, kimlərsə təşkilati işlərlə, müxalifətin təşkilatlanması ilə bağlı fəaliyyət göstərirsə və yaxud da insanları cəlb edəcək fikirlər səsləndirirsə, həmin insanlara qarşı hökumət təqiblərə başlayır.

Son dövrlər hökumət məcbur olub bir neçə siyasi məhbusu azadlığa buraxdı. Amma bunlar hətta belə bir görüntü yaratmaq istəyirdilər ki, Azərbaycanda artıq yumşalma gedir. Hökumət islahatlara meyl etmək istəyir. Amma bunların hamısı yalan söhbət idi. Çünki həmin dövrdən sonra da Azərbaycanda yenə siyasi motivlərlə həbslər oldu. Həm də ki, ondan sonra kifayət qədər ictimai-siyasi fəala təqiblər başladı. Bizim də kifayət qədər üzvümüzə ondan sonra həm inzibati həbs, həm cinayət işi açıldı, həm də ailələrinə təqiblər başladı. Biz onları çox ictimailəşdirmirik. Bu hökumətin həmişəki davranışlarıdır. Heç bir dəyişiklik baş verməyib.”

Mehman Əliyev
Mehman Əliyev

Turan informasiya agentliyinin direktoru Mehman Əliyev isə deyir ki, heç bir qadağadan söhbət gedə bilməz. Bu insanların özünün senzurasından irəli gələn məsələdir.

“Azərbaycanda kim bacarırsa, bunu edir. Yəni elə bir mövzu yoxdur ki, ona toxuna bilməsin. Prezidentdən tutmuş, ətrafında olan adamlar, korrupsiya məsələləri, cürbəcür mövzular barədə yazırlar, deyirlər. İndi çoxusu deyə bilmir, qorxur, senzura altındadır, hakimiyyət tərəfindən təhdid olunur- bu başqa məsələ. Bu artıq ondan asılıdır ki, kim bunu etməyi bacarır, kimsə onu bacarmır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG