Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:55

BMT yezidilərin “İslam Dövləti” qrupu tərəfindən soyqırımına məruz qalmasını tanıyıb.

BMT-nin ekspertləri bu qrupun Suriya və İraqdakı yezidilərə qarşı soyqırım törətdiklərini deyirlər.

Onlar bu etnik qrupun, yaraqlıların hücumlarına məruz qalmış və ya əsirlikdən qaçımış onlarla üzvü arasında sorğu keçiriblər.

Onların dedikləri göstərir ki, “İslam Dövləti” qrupu hərbi və bəşəriyyətə qarşı cinayətlər törədiblər.

Suriyadakı hadisələri araşdıran komissiyanın prezidenti Paolo Sercio Pinero:

“2014-cü ildə Sincara hücum vaxtı və bu gü, “İslam Dövləti” qrupu qətllər törətmək, işgəncə vermək, hədə-qorxu gəlmək, adam oğurlamaq və onları seksual köləliyə çevirmək, qeyri-insani rəftar, onlara ciddi fiziki və psixoloji zərər yetirməklə daima yezidiləri məhv etməyə çalışır”.

BMT-nin məlumatına görə, hazırda onların əlində azı 3200 qadın və uşaq var.

Təşkilat aparıcı dünya ölkələrini onları azad etməyə və Beynəlxalq Cinayət Məhkəməsində yezidilərin soyqırımına məruz qalması barədə iş qaldırmağa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG