Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:03

-

UEFA-nın tədbirlər üzrə icraçı direktoru Martin Kallen təmsil etdiyi qurumun Marseldə keçirilən İngiltərə - Rusiya oyunu istisna olmaqla Avropa çempionatının təşkilatçılığından razı olduğunu bildirib.

Xatırladaq ki, UEFA Marseldə yaşananlara görə çərşənbə axşamı Rusiya Futbol İttifaqını 150 min avro cərimələməklə yanaşı, bu ölkənin yığmasını şərti diskvalifikasiya edib.

TASS Kallen-in bu fikirlərini çatdırıb: «Marseldəki oyunu çıxmaq şərti ilə qalan hər şeydən razıyıq. Elə şeylər var ki, bizdən asılı deyil, amma onlara uyğunlaşmaq lazım gəlir. Söhbət ilk növbədə Fransada baş verən tətillərdən gedir. İlk oyunlarda heç də hər şey 100 faiz hazır deyildi, ancaq oyundan-oyuna durum yaxşılaşır».

XS
SM
MD
LG