Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

-

«ABŞ 1993-cü ildən bəri azərbaycanlı qaçqın və məcburi köçkünlərə 113 milyon dollar vəsait sərf edib. 1993-cü ildən Azərbaycana ayrılmış ABŞ yardımlarının ümumi miqdarı isə 1 milyard 300 milyon dollardır».

Bunu iyunun 17-də Qarabağ bölgəsinə səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Tərtər rayonunda jurnalistlərə deyib.

APA-nın xəbərinə görə, səfir Dağlıq Qarabağ probleminin həlli istiqamətindəki gəlişmələri şərh edib. O qeyd edib ki, ABŞ-ın münaqişənin tənzimlənməsindəki səyləri davamlıdır.

«Azərbaycan prezidenti İlham Əliyevin martın sonlarında Amerikaya səfəri zamanı əsas mövzulardan biri məhz Dağlıq Qarabağ münaqişəsi olub. Bundan başqa, Vyanada tərəflər istər Minsk qrupu həmsədrlərinin biri kimi ABŞ-ın, istərsə də dövlət katibi John Kerry-nin şəxsi təşəbbüsü və dəstəyi ilə bir araya gəlib» - deyən səfir Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən gözləntilərini də dilə gətirib:

«Minsk qrupunun amerikalı həmsədri James Warlick həmin görüşdə iştirak edəcək. Biz tərəflər arasında irəliləyişin əldə olunmasını alqışlayırıq. Eyni zamanda, təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmlərinin yaradılması və razılaşdırılmasını, hərtərəfli sülh razılaşmasının əldə olunmasını dəstəkləyirik».

Səfir deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərin və ayrı-ayrı həmsədr ölkələrin qayəsi bir məqsədə yönəlib: «Münaqişə tərəfləri bir araya gətirilsin və hərtərəfli sülh sazişi razılaşdırılsın».

R.Cekuta Tərtər və Bərdə rayonlarında olub. Səfir ABŞ hökumətinin dəstəklədiyi layihələrin icrası ilə tanış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG