Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

Azərbaycanda ancaq qadınlar üçün elmi müsabiqə keçirilir


"Elmi Spektr" jurnalının keçirdiyi müsabiqənin posteri
"Elmi Spektr" jurnalının keçirdiyi müsabiqənin posteri

-

Azərbaycanda çap olunan "Elmi Spektr" jurnalı elmdə gender bərabərsizliyi məsələsini gündəmə gətirmək, bu problemin həllinə yardımçı olmaq məqsədiylə elmi mövzuda yazı müsabiqəsi keçirir.

İlk azərbaycanlı qadın kimya professoru İzzət Orucova
İlk azərbaycanlı qadın kimya professoru İzzət Orucova

​Müsabiqə Azərbaycanda ilk film aktrisası və eyni zamanda, ilk qadın kimya professoru olan İzzət Orucova həsr edilir.

Bu haqda jurnal öz facebook səhifəsində məlumat verib.

"Ümumi götürdükdə, bu gün dünyada bərabər sayda qadın və kişi fəlsəfə doktoru (PhD) dərəcəsinə yiyələnsə də, karyerasını akademiyada davam etdirən qadınların sayı kişilərə nisbətən hələ də çox kiçikdir (~20%). Elmi təşkilatların və komissiyaların idarə heyətlərinə baxdıqda isə, bu rəqəm daha da kiçilir. Oxşar, hətta daha da acınacaqlı vəziyyət ölkəmizdə də müşahidə olunur. Azərbaycan Milli Elmlər Akademiyasının 178 üzvündən cəmi 19-nun qadın olması faktı bunun əyani sübutudur. Çox uzağa getməyək, jurnalımızın redaksiya heyətində sadəcə bir qadın üzvün olması ilə yanaşı, qadınlar oxucu kütləmizin yalnız 30%-ini təşkil edir. Elmdə gender bərabərliyinə nail olmaq, qadınları bu sahəyə

"Elmi Spektr" jurnalının sayları
"Elmi Spektr" jurnalının sayları

həvəsləndirmək və karyera qurmaq şanslarını artırmaq üçün bütün dünyada müxtəlif təşəbbüslər, proqramlar və təqaüdlər mövcuddur. Elmi Spektr jurnalı olaraq, biz də bu axına qoşulur, cəmiyyətimizdə qadınların elmə marağının artması və elmi bir təşəbbüsdə təmsil olunması üçün bu müsabiqəni elan edirik". - deyə jurnalın yaradıcı heyyəti bəyənatında bildirir.

Müsabiqədə iştirak etmək istəyənlər, şərtlərlə aşağıdakı ünvanda tanış ola bilərlər:

http://info517493.wix.com/elmispektr#!qaydalar/azw7h

XS
SM
MD
LG