Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:04

«Şəhidlər» məscidi icra hakimiyyətinə verilir


«Şəhidlər» məscidi
«Şəhidlər» məscidi

-

«Şəhidlər» məscidini də «Heydər məscidi» kimi Bakı Şəhər İcra Hakimiyyətinin idarə edəcəyi, orada dini icma yaradılmayacağı bildirilir.

APA bu xəbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya istindən yayıb.

M.Qurbanlı qeyd edib ki, məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac var. Komitə sədrinin deməsinə görə, məscid protokola açıqdır və ora gələn qonaqlar protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdirlər: «Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. «Şəhidlər» məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq olaraq dini ayinləri icra etməkdən ötrü Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb».

«Şəhidlər» məscidi 1996-ci il iyunun 28-də açılıb. Məscidi Türkiyənin Dini İşlər Vəqfi Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olan türk əsgərlərinin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edib.

2008-ci ildən təmir adı ilə bağlanıb. Həmin vaxt ölkə mətbuatı bunu Türkiyə və Azərbaycan hakimiyyətləri arasında problemlərin yaranması kimi yozmuşdu. Bu narazılığın Türkiyənin Ermənistanla sərhədi açmaq istəməsi üzündən yarandığı bildirilirdi. Hətta onda Türkiyə mətbuatı yazırdı ki, onların hökuməti bu işə qarışmasaydı, Azərbaycan məscidi uçurtmaq niyyətində olub. Ancaq həmin məsələlər çoxdan geridə qalıb. Təmirin 8 ildir başa çatmaması çoxlarında suallar doğururdu.

XS
SM
MD
LG