Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:12

Rusiyada 15 faiz Ermənistanı, 3 faiz Azərbaycanı dəstəkləyir


İlham Əliyev, Vladimir Putin və Serj Sarkisian Soçidə sambo turnirini izləyir, August , 2014
İlham Əliyev, Vladimir Putin və Serj Sarkisian Soçidə sambo turnirini izləyir, August , 2014

Rusiya vətəndaşlarının 70%-i bu ilin yazında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 1994-cü ildən bəri baş vermiş ən irimiqyaslı hərbi toqquşmalar barədə məlumatlıdır.

“kommersant.ru”-nun verdiyi xəbərə görə, bu barədə "Levada" sorğu mərkəzinin məlumatında deyilir.

Mərkəzin keçirdiyi sosioloji sorğuya əsasən rəyi soruşulanların 59%-i baş verən son hərbi toqquşmalar barədə eşitdiyini, lakin detallı bilgiyə sahib olmadığını, 11%-i hadisələri izlədiyini, 30%-i isə ümumiyyətlə, hərbi toqquşmalar barədə məlumatlı olmadığını deyib. Respondentlərin 67%-i bu münaqişədə hər hansı tərəfi dəstəkləmədiyini söyləsə də, 15%-i Ermənistan tərəfinə, cəmi 4%-i Azərbaycana simpatiya duyduğunu bildirib.

Rusiyanın hansı tərəfi dəstəkləməli olduğu sualına cavab olaraq respondentlərin 11%-i erməniləri müdafiə etməyin düzgün olduğunu, cəmi 3%-i isə Azərbaycana dəstək verilməli olduğunu vurğulayıb. 66% əhali ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür.

Rəyi soruşulanların 23%-i hərbi toqquşmaların başlamasının təşəbbüskarının ABŞ və NATO ölkələri, 19%-i Azərbaycan, 15%-i

XS
SM
MD
LG