Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:29

-

Nobel Sülh Mükafatı laureatı Muhammad Yunus iyunun 18-də Bakıya gəlməlidir.

Sosial biznes və mikrokreditin «atası» sayılan M.Yunus-un bir sıra görüşləri nəzərdə tutulur.

*Bu bizim WhatsApp nömrəmizdir: (+420) 778 711 700 (Praqa baş ofisi) Çəkdiyin maraqlı video və fotoları bizə göndər! Dərc edək. 24 saat aktiv hesabdır

AZƏRTAC-ın xəbərinə görə, M.Yunus-un ADA Universitetində «Biznesin sosial məsuliyyəti» mövzusunda məruzə ilə çıxışı gözlənilir.

İyunun 20-də isə M.Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında özünün müəllifi olduğu, Azərbaycan dilinə tərcümə edilmiş «Kasıbların bankiri» (The Banker to the Poor) kitabının təqdimat mərasimində iştirak etməlidir.

Səfərin iyunun 21-nə kimi davam edəcəyi bildirilir.

2006-cı ildə M.Yunus və rəhbəri olduğu «Grameen Bank»ı Nobel Sülh Mükafatına layiq görülüb. Bu bank kasıblara minikreditlər verməklə tanınıb.

Professor «Wharton» Biznes Məktəbinin «Son 25 ilin ən nüfuzlu biznes adamları» siyahısında 25-ci yerdədir. O, ABŞ prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG