Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Dünya Bankının Azərbaycana 66,7 mln. dollar kredit ayıracağı gözlənilir.
APA-nın xəbərinə görə, kreditin ayrılması haqda sənəd iyunun 17-də təsdiqlənməlidir. Kreditin əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəldiləcəyi qeyd edilir.

Bankın Bakı ofisinin əməkdaşı Zaur Rzayevin dediyinə görə, sözügedən vəsait məcburi köçkünlərə bir sıra imkanlar yaradacaq:

"Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələdə lazım olacaq kapital ayrılacaq".

Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın 7 448,7 mln. ABŞ dolları (11 486,6 mln. manat), xarici dövlət borcu var.

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsindən ötrü də elə bu qədər investisiya cəlb etmək niyyətindədir.

İqtisadçılar hökuməti sürətlə borclanmaya getməyə görə, tənqid edirlər. Onlar düşünürlər ki, əsil problem bu kreditlər qaytarılanda yaşanacaq.

XS
SM
MD
LG