Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:08

-

Azərbaycan Vergilər Nazirliyi Azərbaycana səfər edənlərə TAX FREE imkanı yaradıb. Nazirlikdən verilən məlumata görə, TAX FREE alış-veriş zamanı ödədilən verginin geri alınmasını nəzərdə tutur.

TAX FREE NƏDİR?

TAX FREE - xarici vətəndaşların aldığı, kommersiya məqsədlərindən ötrü nəzərdə tutulmayan mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. Bu imkandan istifadə etməkdən ötrü xüsusi TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edilməlidir. TAX FREE stikerləri olan mağazalarda aldığınız mallara görə ödənilən ƏDV məbləğini ölkəni tərk edəndə, hava limanında geri almaq olar.

Azərbaycanda təqdim edilən bütün mallara görə ƏDV-nin dərəcəsi 18 faizdir.

TAX FREE KİMLƏRƏ ŞAMİL EDİLMİR?

Bu imkandan Azərbaycan vətəndaşları, ölkədə işləyən əcnəbilər və yaşı 14-dən aşağı olanlar yararlana bilməzlər.

Redaksiyadan:

⇒ «Formula-1»lə bağlı qarşılaşdığınız hər hansı maraqlı hadisə, foto və ya videonuz olsa, AzadlıqRadiosuna göndərin.

⇒ WhatsApp nömrəmiz: (+420) 778 711 700

Günün bütün mövzuları

XS
SM
MD
LG