Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

-

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Tərtər rayonuna səfər edib.

APA-nın xəbərinə görə, səfir Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.

Görüşdə M.Məmmədov cəbhədə mövcud durumla bağlı səfirə bilgilər verib. Başçı deyib ki, aprel döyüşləri zamanı Ermənistan hərbi qüvvələri Tərtər rayonunun yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tutub.

Səfirin bu gün Tərtər Regional Peşə Təlimi Mərkəzində olacağı, orada Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları, məcburi köçkünlərlə görüşəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG