Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:01

-

SOCAR-ın nümayəndə heyətinin Rusiyanın Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumunda iştirak etdiyi bildirilir.

Şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin forum çərçivəsində “Qazprom”un rəhbəri Aleksey Millerlə görüşü gözlənilir

Turanın xəbərinə görə, bu ilin mayında Rövnəq Abdullayev jurnalistlərə deyib ki, Azərbaycan Rusiya qazının idxalı ilə bağlı təkliflərini “Qazprom”a təqdim edib. Onun sözlərinə görə, təkliflərdə 3-5 mlrd kubmetr qazın idxalı barədə müxtəlif variantlar var.

Əgər Azərbaycan 2007-ci ildən qaz ixrac edirsə, onun özünə kənardan qaz nəyə lazımdır?

SOCAR prezidenti deyib ki, neft hasilatı azalmasın deyə, laylara daha çox səmt qazı vurulmalıdır. İstər SOCAR, istərsə BP-Azerbaijan bunu edə bilmir. Çünki səmt qazının bir hissəsi ölkənin ehtiyaclarına yönəldilir.

R.Abdullayevin fikrincə, böyük həcmdə səmt qazı quyulara vurulsa, neft hasilatı artacaq. Onda şirkətlərin də, dövlətin də gəlirləri artacaq. Bunun ötrü qaz idxal edilməlidir.

Ancaq bəzi müstəqil iqtisadçılar düşünür ki, bu ticarət Azərbaycandan çox Rusiyaya lazımdır.

Bu gün başlayan Beynəlxalq İqtisadi Forumunun 3 gün davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG