Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22

-

Azərbaycan BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib.
Səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-sı Azərbaycanın lehinə səs verib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək ECOSOC-un üzvü olacaq.

Nazirlik qeyd edir ki, Azərbaycan şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülhə, inkişafa öz töhfəsini verəcək.

ECOSOC BMT-nin əsas orqanlarından biridir. BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi, sosial sahələrdə işini əlaqələndirir

Günün bütün mövzuları

XS
SM
MD
LG