Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:45

-

Bu ilin yanvar – may aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 6 milyard 381 milyon 408.81 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, keçən ilin analoji dövrünə nisbətən 31.78 faiz azdır.

İdxal keçən ilin eyni dövrünə nisbətən 18.19 , ixrac isə 42.26 faiz azalıb. Xarici ticarətdə saldo mənfi olub - 281 milyon 466.31 min dollar.

Aylar üzrə saldolar

Mənfi saldo mayda 137 milyon 225.56 min, apreldə isə 99 milyon 95.55 min dollar təşkil edib. İdxalın ixarcdan çox olması o deməkdir ki, ölkəyə gələn valyuta çıxandan azdır.

Müstəqil iqtisadçıların düşüncəsinə görə, mənfi saldonun artması ölkədən valyuta axınının daha da artdığına işarədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG