Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:38

-

Yanvar-may aylarında ölkə iqtisadiyyatına qoyulan sərmayənin 464 milyon manatı kreditlərin payına düşür.

Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir.

Hesabata görə, bu ilin 5 ayında ölkə iqtisadiyyatına sərmayələrin 8,6 faizi kreditlər hesabına qoyulub. Ötən il isə bu göstərici cəmi 3,9 faiz olmuşdu.

Yanvar-may aylarında ölkə iqtisadiyyatına ümumi sərmayə qoyuluşunun 78,9 faizini (4 milyard 249 milyon manat) müəssisə və təşkilatların vəsaitləri təşkil edib. Sərmayələrin 8,9 faizi isə büdcə vəsaitlərindən ibarətdir. Əhalinin şəxsi vəsaitləri sərmayələrdə cəmi 2,7 (147,5 milyon manat) faiz olub.

Ən çox azalma - büdcə vəsaitləri

Komitənin hesabatında qeyd edilir ki, sərmayələrdə bank kreditlərindən başqa digər bütün sahələrdən gələn vəsaitlərin həcmində azalma nəzərə çarpır.

Əhalinin sərmayələri ötən illə müqayisədə 11,5, büdcədənkənar fondlarınkı isə 58,3 faiz azalıb. Ən çox azalma büdcə vəsaitlərinin sərmayə qoyluşundadır - 62 faiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG