Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

-

“Azərbaycanda fikir, söz və məlumat azadlıqlarının, siyasi plüralizm prinsiplərinin həyata keçirilməsinin təmin olunması sahəsində xeyli işlər görülüb”.

Bu fikirləri baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda-nı qəbul edərkən deyib.

Bu haqda baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Z. Qaralov aprel ayından başlayaraq Dağlıq Qarabağ bölgəsində atəşkəs rejiminin pozulması nəticəsində Tərtər, Ağdam və Füzuli rayonlarına dəyən ziyan haqda həmməruzəçiləri bilgiləndirib.

O, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyi, bu istiqamətdə xeyli işlərin görüldüyünü vurğulayıb.

Mətbuat xidmətinin açıqlamasına görə, həmməruzəçilər isə son dövrlərdə Azərbaycanda qəbul edilən əfv sərəncamını, amnistiya aktını yüksək qiymətləndirdiklərini qeyd ediblər.

Stefan Schennach və Cezar Florin Preda-nı iyunun 15-i günün birinci hissəsi prezident İlham Əliyev qəbul etmişdi. Günün ikinci yarısında isə onlar hüquq müdafiəçiləri, media və müxalifət partiyalarının təmsilçiləri ilə görüşmüşdülər. Həmin görüşlərdə demokratiya və insan haqları sahəsində problemlərin müzakirə edildi deyilir.

Stefan Schennach və Cezar Florin Preda Azərbaycanda iyunun 15-dən görüşlərə başlayıb. Onların parlament və Mərkəzi Seçki Komissiyasının sədri, habelə, bəzi nazirlərlə görüşü gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG