Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04

-

Türkiyənin Niğde şəhərində 3 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən qanlı terror aktı törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib. Onlar İŞİD üzviləri sayılırlar.

Turan-ın xəbərinə görə, 2014-cü il martın 20-də baş verən bu hadisəyə görə 4 müttəhimin və 9 nəfər şübhəli şəxsin mühakimə olunduğu məhkəmə prosesi başa çatıb.

İyunun 16-da məhkəmənin qərarı ilə Benyamin Xu 179 il 6 ay , Çendirim Ramadani 174 il 6 ay, Məhəmməd Zakiri 124 il 6 ay və azərbaycanlı Fuad Mövsümov 13 il 9 ay həbs cəzası alıblar. Fuad Mövsümovdan başqa digər müttəhimlərə əlavə 225 min TL cərimə də kəsilib.

Fuad Mövsümov terror qruplaşmasına üzv olma və rəsmi sənədlərdə saxtakarlıq etmə maddələri ilə ittiham olunub. O, barəsində qaldırılan ittihamları qəbul etməyərək bildirib ki, günahsız insana cəza verməklə itirilən ədaləti bərpa etmək mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG