Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

“Qiyamçı müstəntiq“i yenə dindirəcəklər


-

Siyasi bəyanatlarla prokurorluq orqanlarından istefa verən keçmiş müstəntiq Rüfət Səfərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Bu haqda onun özü facebook səhifəsində xəbər yayıb.

R.Səfərov qeyd edib ki, prokurorluğun mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov iyunun 16-da saat 17-00-da onu istintaqa dəvət edib:

“Yeddi aydır ki, ibtidai istintaq davam edir. Əsassız surətdə ibtidai istintaqın, alternativ qətimkan tədbiri olaraq ev dustaqlığının müddəti uzadılır. Hərçənd ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır”.

R.Səfərov istintaqa çağırılmasından narahat olmadığını yazır. Bununla belə qeyd edir ki, , yaxınlarına təzyiqlərdən narahatdır:

“Narahtlığım ondan ibarətdir ki, mənə görə, xəstə ailə üzvlərim, xüsusilə, 82 yaşlı sevgili nənəm repressiya maşınının təkərləri altında haldan-hala düşür. Hər şeyə rəğmən fikir və görüşlərimdə qərarlıyam!”.

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, ötən il dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.

Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb. Mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də Rüfət Səfərova qarşı CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb, o, həbs olunub. Yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəkilinin vəsatətini təmin edib və Rüfət Səfərov azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG