Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:53

Azərbaycani hökumətinə 133 min cərimə


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

-

Avropa İnsan Haqları Məhkəməsi iyunun 16-da Azərbaycandan göndərilmiş 13 şikayətlə bağlı qərarlarını açıqlayıb. Məhkəmə bütün qərarlarında ərizəçilərin hüquqlarının pozuntusunu tanıyıb.

Həmin qərarlara əsasən, hökumət şikayətçilərə maddi və mənəvi zərərə, hüquq məsrəflərinə görə üst-üstə 133 min250 avro təzminat ödəməlidir.Bəs söhbət hansı şikayətlərdən gedir?

Əhəd Məmmədli Azərbaycana qarşı

Qərarlardan biri Müsavat Partiyasının gənc fəalı Əhəd Məmmədlinin Avropa Məhkəməsinə göndərdiyi iki şikayətlə bağlıdır. Şikayətlər 2011-2012-ci illərdə Bakıda keçirilməsi planlaşdırılan etiraz aksiyalarının dağıdılmasından, Müsavat fəalının inzibati həbs olunmasından edilmişdi.

Avropa Məhkəməsi öz qərarında Azərbaycan hökumətinin ərizəçinin azadlıq və toxunulmazlıq (Konvensiyanın 5-ci maddəsi), ədalətli məhkəmə araşdırması (6-cı maddə) və birləşmək (11-ci maddə) hüquqlarını pozduğu qənaətinə gəlib.

Hökumət bu işdə Ə.Məmmədliyə ümumilikdə 13 min 150 avro ödəməlidir. Ə.Məmmədlini Avropa Məhkəməsində vəkillər Ruslan Mustafazadə və Əsabəli Mustafayev təmsil edib.

Seçkidə pozuntuları tanındı

Avropa Məhkəməsinin digər qərarı 6 müstəqil və müxalif deputatlığa namizədlərin şikayəti ilə bağlıdır. Şikayətçilər Qaya Əliyev, Şakir Məmmədov, Xaliq Bahadur, Fuad Əliyev, Ziyafət Hüseynli və Akif Cavadov olub.

Məhkəmə öz qərarında şikayətçilərin seçki hüququnun (Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi) pozuntusuna yol verildiyi qənaətinə gəlib.

Qərara əsasən, Azərbaycan hökuməti bu işdə ərizəçilərin hər birinə 10.000, hüquqi məsrəflərə görə də cəmi 6.000 avro ödəməlidir.

Yenə seçki

Avropa Məhkəməsinin iyunun 16-da elan etdiyi sonuncu qərar da seçki hüququ ilə bağlıdır. Bu işdə şikayətçilər Müsavat Partiyası fəalı Səxavət Soltanov, habelə deputatlığa namizdələr Əmirulla Dadaşzadə, Elnur Məcidli, Arzuman Məcidov və İntiqam Əliyev olub. Onlar da 2010-cu ildə keçirilmiş parlament seçkilərində hüquqlarının pozulmasından şikayət ediblər.

Bu işdə də məhkəmə şikayətçilərin seçki hüququnun (Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi) pozuntusuna yol verildiyi qənaətinə gəlib. Qərara əsasən, hökumət şikayətçilərin hər birinə 10.000, hüquq məsrəflərinə görə isə cəmi 4.100 avro ödəməlidir.

Sonuncu işdə ərizəçiləri Avropa Məhkəməsində hüquqçular İntiqam Əliyev və fransız vəkil G. Thuan təmsil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG