Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:38

-

Bakıda intihar olayının baş verdiyi bildirilir.

Report-un xəbərinə görə, olay Suraxanı rayonunda qeydə alınıb. Binə qəsəbəsindəki “Donuzçuluq” sovxozu ərazisində yaşayan 44 yaşlı Canpolad Məmmədovun özünə qəsd məqsədi ilə sirkə turşusu içdiyi deyilir.

C. Məmmədovu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırıblar. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Rayon prokurorluğu olayın səbəblərini araşdırır.

Azərbaycanda son vaxtlar intihar hallarının artdığı bildirilir. Ancaq ölkədə intiharların səbəbini araşdıran ayrıca mərkəz yoxdur.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu yaxınlarda demişdi ki, kredit borcuna görə, bu ilin fevralında 6 nəfər sirkə turşusu içərək canına qıyıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Martda 8, aprel-may aylarında isə 4 nəfərin kredit borcuna görə, zəhər içdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG