Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:44

-

Yanvar-may aylarında ölkə əhalisi gəlirlərinin 490 milyon 325 min manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib.

Report-un xəbərinə görə, bu göstərici ölkə əhalisinin cəmi gəlirlərinin 2,8 faizini təşkil edir.

Xəbərdə ölkə əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisində ciddi artımın qeydə alındığı vurğulanır.

Bu istiqamətdə sərf olunan vəsaitin həcmi illik müqayisədə 21,1 faiz artıb. Artım manatın devalvasiyası ilə izah edilir.

Ötən ilin analoji dövründə ölkə əhalisi gəlirlərinin 2,5 faizini (405 milyon manat) kreditlər üzrə faizlərə xərcləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG