Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

“İsmi Pünhan” şeirlər kitabı çıxıb


►“İstiqlal şəhidi” Molla Cuma 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətini işğal edən bolşevik ordusu ilə döyüşlərdə həlak olub

Böyük saz-söz ustadı Molla Cumanın “İsmi Pünhan” adlı şeirlər kitabı nəfis tərtibatla nəşr olunub.

AMEA-nın yaydığı xəbərə görə, kitabda Molla Cuma sənətinin bənzərsizliyini əks etdirən örnəklər yer alıb.

Kitabın tərtibçiləri Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və Molla Cumanın nəticəsi Elman Əzizov, redaktoru isə Yeganə Məmmədovadır. Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov kitaba ön söz yazıb.

“Ön söz” müəllifi ustad aşığı “istiqlal şəhidi” adlandırıb: “Molla Cuma sadəcə olaraq saz çalan, söz qoşan, dastan söyləyən, məclis əhlini əyləndirən aşıqlardan deyildi. O, sözün əsl mənasında, ərəb, fars, türk dillərini mükəmməl bilən, özündən sonra xalqına əlyazmalar halında qiymətli ədəbi irs qoyub gedən şairimizdəndir”.

Molla Cümə 1854-cü ildə Şəki rayonunun Layiski kəndində doğulub.

Uşaqlıqdan saza-sözə xüsusi maraq göstərib, erkən yaşlarından saz çalıb, Şəki-Zaqatala-Balakən və Dərbənd bölgəsində el-oba məclislərində ifası, sözü ilə ad çıxarıb.

Molla Cümə Azərbaycan aşıq sənəti tarixinə yenilikçi aşıq-şair kimi düşüb.

Onun aşıq şeiri formaları üzərində apardığı təkmilləşdirilmələr saz-söz ustadları tərəfindən yüksək qiymətləndirilib.

Molla Cümə 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətini işğal edən bolşevik ordusu ilə döyüşlərdə həlak olub.

Buna da bax: Bakıda pul qazanan aşıq: "Kasıbçılıqdı. 4 uşağım var"

Günün bütün mövzuları

XS
SM
MD
LG