Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19

-

Bakı Apellyasiya Məhkəməsi həbsdə olan sabiq nazir Nicat Quliyevi vaxtından əvvəl azadlığa buraxmayıb.

Bu haqda Turan-a sabiq nazirin vəkili Fuad Ağayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, sabiq nazirin cəzadan vaxtından əvvəl azad edilməsi tələbi ilə bu ilin martında Xəzər Rayon Məhkəməsinə müraciət edilib. Ancaq rayon məhkəməsi müraciəti əsassız sayaraq rədd edib.

Bakı Apellyasiya Məhkəməsi isə Xəzər Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Bu iş üzrə müdafiə tərəfi yuxarı instansiyalara şikayətlərini davam etdirəcəyini bildirir.

N.Quliyevi 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları saxlayıb. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.

2014-cü ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il həbs cəzası alıb. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. O, həmin qərardan kassasiya şikayəti də verib. Ali Məhkəmə də sabiq nazirin şikayətini təmin etməyib.

N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edib. O, daha əvvəl 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında Nicat Quliyev də yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG