Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Dalğıclar iyunun 15-də ABŞ-ın Orlando şəhərindəki kurortlardan birində timsahın valideyinlərinin gözü qarşısında apardığı 2 yaşlı uşağn meyitini aşkar ediblər.

Axtarış əməliyyatları 1 sutkadan çox sürüb, amma yaxşı xəbər çıxmayıb.

“Met və Melissa Qreyvs Nebraska ştatından gəliblər. Onların ikiyaşlı oğullarının adı Leyns idi. Deməliyəm ki, tamamilə toxunulmamış meyit aşkar eləmişik .İndi onun kimliyi müəyyən edilir. Amma bizdə onun Leyns Qreyvs olmasına şübhə eləməyə əsasımız yoxdur”, polis rəisi Cerri Demins deyir.

İnsident iyunun 14-də otelin ətrafındakı süni gölün çimərliyində baş verib.

Orda “ Cimmək qadağandır” lovhəsi olsa da uşaq suda oynayırmış, valideyiləri isə sahildə oturublarmış.

Birdən timsah uşağı qaparaq gölə çəkib.

Atası onu xilas etmək və timsahın çənəsini açmağa çəhd göstərsə də yaralanıb və buna gücü çatmayıb.

Atanın sözlərinə görə timsahın uzunluğu 2 metrə yaxın olub.

Polis timsahı tapıb öldürmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG