Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:19

İqtisadi geriləmə


Foto arxiv
Foto arxiv

-

2016-cı ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 21 milyard 512 milyon 8 min manatlıq məhsul istehsal ediblər.

Bu, ötən ilin analoji dövrünə nisbətən 4.2 faiz azdır.

Statistika Komitəsi azalmaya əsas səbəb kimi tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə aşağı düşməsini göstərir.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların isə yanvar-may aylarında 12.1 milyard manatlıq məhsul istehsal etdikləri qeyd edilir. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsalın 0.3 faiz azalması deməkdir.

Buna isə əsas səbəb kimi xam neft hasilatının 0.7, qaz hasilatının 9.9, elektrik enerjisi istehsalının 6.8 faiz azalması göstərilir.

XS
SM
MD
LG