Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:38

Daha bir ağırlıqqaldıranda dopinq aşkarlanıb


Boyanka Kostova
Boyanka Kostova

-

Azərbaycanın daha bir idmançısında dopinq aşkarlandığı bildirilir.

«Report»un xəbərinə görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testin müsbət nəticə verdiyi atletlərin siyahısını açıqlayıb.

10 idmançının yer aldığı siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var. Kostova-da istifadəsi qadağan olunmuş dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatların aşkarlandığı bildirilir.

Boyanka Kostova London-2012-də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur. Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakı, hələ, təsdiqlənməyib.

Ötən həftə də Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasının 6 üzvündə dopinq aşkarlandığı bildirilmişdi.

XS
SM
MD
LG