Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:00

Respublikaçılar “terrorçulara” silah satışına qarşı


ABŞ-da silahlar, foto illüstrasiya

ABŞ-da silahlar, foto illüstrasiya

-

ABŞ-da respublikaçılardan prezidentliyə namizəd Donald Trump və digər respublikaçılar terrorçuluqla bağlı siyahılarda olan şəxslərə silah satışının məhdudlaşdırılmasını nəzərdən keçirəcəklərini deyirlər.

Respublikaçılar, adətən, silah satışına nəzarətə qarşı çıxıblar. Bu yumşalma Orlando gey klubunda 49 nəfərin öldürülməsindən sonraya təsadüf edir. Hadisəni törədən şəxs 2013-2014-cü illərdə Federal Təhqiqatlar Bürosunun (FBI) terrorçuluq siyahısında olubmuş, sonradan çıxarılıb.

Trump iyunun 15-də Twitter-də yazıb ki, nüfuzlu Milli Silah assosiasıyası ilə görüşəcək, “terrorçuluğa nəzarət siyahısında olanlara silah satışının qadağan olunmasını müzakirə edəcək”.

Hətta silah lobbiçiliyi qrupunun direktoru Chris Cox da deyib ki, “terrorçuların odlu silah almasına icazə verilməməlidir”.

Bu arada ABŞ Senatındakı demokrat və respublikaçı liderlər mümkün kompromislər barədə danışıqlar aparırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG