Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:37

-

Ağ Ev bildirir ki, Kiyevin iqtisadi, siyasi və enerji islahatlarını dəstəkləmək məqsədilə bu il Ukraynaya 220 milyon dollarlıq yeni yardım ayıracaq.

Bu barədə açıqlama iyunun 15-də, ABŞ-ın vitse-prezidenti Joe Biden Ukraynanın Baş naziri Volodymyr Hroysman-la telefonla danışandan sonra verilib.

Ağ Ev bildirir ki, bu yardım Ukraynanın “demokratik islahatları və hüququn aliliyini güclındirməsi, davamlı iqtisadi artımım əsaslarının möhkəmləndirməsi, humanitar ehtiyaclarını ödəməsinə” kömək edəcək.

Hroysman-ın “ambisiyalı islahatlar planı”nda gömrük islahatının sürətləndirilməsi, ədliyyə sektorunda islahatlar vasitəsilə korrupsiya ilə mübarizə, konstitusiya dəyişikliklərinin icrası var. Ağ Ev belə deyir.

Hroysman enerji islahatları da həyata keçirəcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG