Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:36

-

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES-in) Açıq Bazar Komitəsinin iki gün davam edən iclası yekunlaşıb. Gözlənildiyi kimi, FES uçot dərəcəsini dəyişməyib, 0.25-0.5 faiz səviyyəsində saxlayıb.

İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.

Bundan başqa, FES 2016 və 2017-ci illərin iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Bundan öncə bu il üzrə iqtisadi artım 2.2 faiz səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2 faizə endirib. Habelə, 2017-ci ildə iqtisadiyyatın 2.1 faiz inkişafı proqnozlaşdırılsa da, hazırda proqnoz 2 faizə salınıb.

«Gözlənildiyinə görə, iqtisadi şərait uçot dərəcəsinin yalnız tədricən artırılmasına əsas verəcək. Ümumilikdə, uçot dərəcəsində dəyişiklik iqtisadi perspektivlərdən asılı olacaq», - FES-in məlumatında qeyd olunur.

FES-in növbəti iclası iyulun 26-27-də keçiriləcək.

Qərardan sonra mətbuat konfransı keçirən FES sədri Janet Yellen deyib ki, faiz artırma siyasəti ehtiyatla aparılmalıdır. J.Yellen verilən qərarda İngiltərənin Avropa Birliyindən ayrılma referendumu – «Brexit»i diqqətə aldıqlarını qeyd edib: ««Brexit referendumu bizim də qərarımızda rol oynadı. Bu qərarın iqtisadi, maliyyə nəticələri ola bilər. ABŞ-a da təsirləri ola bilər».

Bununla belə, FES bu il faiz artımı gözləntisini də dəyişməyib. Ancaq əksər maliyyə ekspertlərinə görə, bu, dekabrdan tez mümkün olmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG