Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:47

Bu gün Füzulidə mina zərərsizləşdiriləcək


Minaaxtaran
Minaaxtaran

-

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik iyunun 15-də yeni hesabat açıqlayıb.

AZƏRTAC-ın xəbərinə görə, hesabatda bildirilir ki, Tərtər rayonu Cəmilli kəndində 1 əkin və 7 partlayış yerinə baxış keçirilib. Bir 9M22U raketinin mühərrik hissəsi aşkarlanıb.

Şıxarx kəndində isə 2 ev və həyətyanı sahəyə, 5 partlayış yerinə baxış keçirilib. Bir 100 mm-lik OF-412 top mərmisi aşkar edilib.

Agentlik qeyd edir, Füzuli rayonunun Horadiz şəhərində də 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib. Bir 152 mm-lik top mərmisi tapılıb və zəruri təhlükəsizlik tədbirləri görülüb. Aşkar olunmuş sursat partlayış yolu ilə bu gün zərərsizləşdirilməlidir.

Agentlik bildirir ki, aprelin 7-dən iyunun 15-ə kimi ümumilikdə 1531 partlamamış hərbi sursat, 14 piyada əleyhinə mina (PMN), 3 piyada əleyhinə POMZ-2 və 7 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

XS
SM
MD
LG