Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03

-

Tərtər rayonun Əskipara kəndində bir uşağın hərbi sursatın partlaması nəticəsində xəsarət aldığı bildirilir.

«Report»un xəbərinə görə, kənddə müvəqqəti məskunlaşmış, Laçın rayonundan olan məcburi köçkün ailəsində doğulan 8 yaşlı Elvin Hüseynlinin həyətdə təmizlik işləri apararkən kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub.

Nəticədə azyaşlının müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı bildirilir. Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan uşağın ambulator müayinədən sonra evə buraxıldığı qeyd edilir.

Azyaşlının yaralanmasına səbəb olan hərbi sursatın adı, hələlik, öyrənilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG