Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:27

-

İran dondurulmuş sərvətinin bərpasından ötrü Birləşmiş Ştatları Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) verib. Haaqadakı BMT məhkəməsi iyunun 15-də deyib ki, iddia bir gün öncə verilib.

Prezident Hassan Rohani dövlət televiziyasında elan edib ki, hökumət mərkəzi bankın 2 milyard dollarlıq sərvətinin müsadirəsi və oğurlanmasından şikayət verib.

Bu məsələnin həmin məhkəmənin yurisdiksiyasında olub-olmaması bəlli deyil.

ABŞ Ali Məhkəməsinin apreldə çıxardığı qərara görə, dondurulmuş sərvət İranın günahlandırıldığı hücum qurbanlarına veriləcək. Həmin hücumlardan biri 1983-cü ildə Beyrutda ABŞ Dəniz Korpusunun bombalanmasıdır. Tehran bu hücumlarda əli olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG