Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

-

Fitch beynəlxalq reytinq agentliyi (Fitch Ratings) Unibank-ın reytinqini geri çağırıb.

Bu haqda agentliyin saytında xəbər verilir.

Fitch bankın uzunmüddətli defolt reytinqini CCC (bu zibil səviyyə hesab olunur) səviyyəsində müəyyən edib. Qısamüddətli defolt reytinqi C, yəni yüksək dərəcədə defolt risqli müəyyən edilib.

Bankın davamlılıq reytinqi, habelə dəstək səviyyəsi də aşağı qiymətləndirilib.

Fitch reytinqin geri çağırılmasını “kommersiya maraqları” ilə izah edib.

Unibank 2002-ci ildə MBANK və PROMTEXBANK şəxsi bankların birləşməsindən yaranıb. Bankın səhmdarları Eldar Qəribov (68 faiz), Zemfira Cəfərova, habelə, Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniya İnvestisiya Korporasiyasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG