Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

-

Amnistiya aktının şamil olunduğu məhkumlardan 350-si iyunun 15-də azadlığa buraxılıb.

Bu haqda Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, azadlığa buraxılanlardan 216-sı Bakıda, 134-ü isə ölkənin digər şəhərlərində yerləşən cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Amnistiya aktının tətbiq olunduğu 350 məhbusdan 9-nun qadın, qalanının isə kişi olduğu bildirilir.

Amnistiya aktının icrasında ombudsman Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun və prezident yanında Əfv Məsələləri Komissiyasının, təmsilçilərinin iştirak etdiyi bildirilir.

Milli Məclis Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə mayın 20-də Amnistiya Aktı qəbul etmişdi.

Ümumilikdə 10 min nəfərə şamil edilməsi gözlənən bu aktla 3 min 500 məhkum azadlığa çıxmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG