Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04

-

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Bakıda səfərdə olan həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda hüquq müdafiəçiləri, media və müxalifət partiyalarının təmsilçiləri ilə görüşüblər.

Hüquq müdafiəçisi Samir Kazımlı Azadlıq Radiosuna açıqlamasında görüş zamanı demokratiya və insan haqları məsələlərinin müzakirə edidiyini deyib.

Onun sözlərinə görə, görüş iştirakçıları insan haqlarının durumuna, vətəndaş cəmiyyəti qurumlarına əngəllərə xüsusi diqqət yetiriblər. Görüş zamanı Avropa Məhkəməsinin qərarına baxmayaraq REAL Hərəkatının lideri İlqar Məmmədovun, hələ də, həbsdə saxlandığı qeyd edilib.

Həmməruzəşilərlə görüşdə hüquq müdafiə təşkilatları rəhbərləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və digərləri də iştirak ediblər.

Stefan Schennach və Cezar Florin Preda-nın media təmsilçiləri ilə də bir araya gəldikləri bildirilir.Bu görüşdə isə ölkədə mətbuat, söz və ifadə azadlığının vəziyyətinin müzakirə edildiyi deyilir.

Həmməruzəçilər daha sonra müxalifət partiyası təmsilçiləri ilə də görüşüblər. Onların Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, Milli Şuranın sədri Cəmil Həsənli ilə ölkədəki ictimai-siyasi vəziyyəti dəyərləndirdikləri bildirilir.

Stefan Schennach və Cezar Florin Preda-nı günün birinci hissəsi isə prezident İlham Əliyev qəbul etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG