Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:32

-
İyunun 15-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Azərbaycan Müdafiə naziri Zakir Həsənov da iclasda iştirak edib.
Nazirliyin mətbuat xidməti bildirir ki, iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub.

İclas çərçivəsində Zakir Həsənovun rusiyalı həmkarı Sergei Shoigu ilə ikitərəfli görüşü olmuşdu.

Bu görüşdə də iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə edildiyi bildirilirdi.

Zakir Həsənov iyunun 14-də Rusiyaya getmişdi.

MDB 1991-ci il dekabrın 8-də Rusiya, Belarus və Ukraynanın iştirakı ilə yaradılıb. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan iki həftə sonra bu birliyə qoşulublar. 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyəti dövründə Azərbaycan bu qurumla əlaqəni kəsib. 1993-ü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan təkrar MDB-yə üzv olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG