Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Kollektivi “Azadlıq”a buraxmayıblar


Azadlıq qəzetinin əməkdaşları yayım şirkətindən borcu tələb edirlər (Arxiv)

Azadlıq qəzetinin əməkdaşları yayım şirkətindən borcu tələb edirlər (Arxiv)

“Azadlıq”ın kollektivi redaksiyaya buraxılmayıb

“Azadlıq” qəzetinin kollektivini iyunun 15-də qəzetin redaksiyasının yerləşdiyi “Azərbaycan” Nəşriyyatının binasına bir müddət buraxmadığı bildirilir. Jurnalistlərin nəşriyyata daxil olmasına birdə saat 14.00-dan sonra imkan verildiyi qeyd edilir.

Bu haqda qəzetin redaktoru Rahim Hacıyev məlumat verib.

Onun deməsinə görə, nəşriyyatın mühafizə xidməti həmişəki vaxtda işə gələn kollektivə redaksiyaya qalxmağa icazə verməyib. Jurnalistlərə bildirilib ki, bu barədə nəşriyyat rəhbərliyinin göstərişi var.

Rahim Hacıyev qeyd edir ki, nəşriyyat rəhbərliyi ilə danışandan sonra kollektivin binaya saat 14.00-dan sonra daxil olmasına razılıq verilib. Lakin bunun səbəbi barədə jurnalistlərə heç bir izahat verilməyib.

Azərbaycan nəşriyyatı ilə «Azadlıq» qəzeti redaksiyası arasında yenidən borc qalmaqalı yaranıb.

«Azadlıq» qəzetinin iyunun 1-nə nəşriyyata 18726 manat borcu var. Həmin borcun 17662 manatı qəzetin çapına, 1064 manat isə kommunal xərclərə görədir.

Nəşriyyat bir gün əvvəl redaksiyaya məktub göndərib. Məktubda bildirir ki, «iyunun 27-dək borc ödənilməsə, qəzetin nəşri dayandırılacaq».

«Azadlıq» qəzeti rəhbərliyi bu vəziyyətin yaranmasını «Qasid» dövlət mətbuat yayımı firmasından borclarını ala bilməməsi ilə əlaqələndirir. Yayım firmasının qəzetə azı 70 min manat borclu olduğu bildirilir.
Firma qəzetə borcunun olduğunu inkar etməsə də, problem illərdir yoluna qoyulmur.

Bu gün baş verənlərə, hələlik, nəşriyyat rəhbərliyinin münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG