Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

Onlarla polis və xilasedici ABŞ-ın Florida ştatının Orlando şəhəri yaxınlığındakı göldə 2 yaşlı uşağı axtarırlar.

Şahidlərin sözlərinə görə, timsah uşağa hücum edərək onu suya çəkib.

İnsident Disneylənd əyləncə parkının da daxil olduğu kurortlardan birinin çimərliyində baş verib.

Uşaq axşam çağı suda oynaynayırmş, valideyinləri isə otelin həyətindəki gölməçənin kənarında dincəlirmişlər.

Timsah uşağa hücum edəndə atası oğlundan yapışıb onu xilas etməyə çalışır, amma gücü çatmır.

Atasının sözlərinə görə timsahın uzunluğu təxminən 2 merə imiş.

Əyalət polisi axtarış əməliyyatlarının davam etdirildiyini deyir.

“ Ailə Nebraskidən gəlib. Ata, ana və bildiyim qədər 3 uşaq. Uşağı tapacağımıza hələ də ümidliyik” Cerri Deminqs deyir.

Polisin sözlərinə görə, son illər burda timsahların hücumuna rast gəlinməyib. Amma çimərlikdə “Çimmək qadağandır” lövhəsi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG