Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:06

Parisdə milyonluq nümayiş keçirildi


Parisdə əmək qanunvericiliyində islahatlara etiraz olaraq yenidən nümayiş keçirilib.

Polisin məlumatına görə iyunin 14-də yenidən küçələrə 80 minədək aam çıxıb.

Həmkarlar ittifaqlarının məlumatına görə isə nümayişdə 1 milyondan çox adam iştirak edib.

Hökumətin əmək qanununa elədiyi yeni düzəliş həmkarlar ittifaqlarını yenə də qane etməyib.

“Biz bura sürəq qatarı ilə Parisin 500 kilometrliyində yerləşən Strasburqdan gəlmişik. Biz bura əmək qanununun 49-cu bəndinin 3-cü abzasına edilmiş düzəlişi baykot eləmək, yeni qanunun tam ləğvini tələb eləmək üçün gəlmişik. Çünki bu qanun tarixi tənəzzüldür”, aksiyaçılardan biri deyir.

Nümayiş vaxtı bir neçə aksiyaşı ilə polis arasında toqquşma olub.

Onlar polisə yandırıcı əşyalar atıb, yolboyu mağazaların vitrinlərini sındırıblar.

16 nəfərin saxlandığı, azı 20 polis və 6 nümayişçinin yaralandığı bildirilir.

Həmçinin dəmiryolçular iyundan başladıqları tətili davam etdirirlər.

Pilotların tətili isə iyunun 14-də dayandırılıb.

Nəticədə Air France şirkətinə 40 milyon avrodan çox ziyan dəyib.

Düzəlişlər İyunun sonunda ölkə parlamentində səsverməyə çıxarılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG