Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:48

Rusiyalı və ingiltərəli futbol azarkeşləri Fransanın Lil şəhərində yenidən toqquşublar.

İnsident iyunun 15-i səhər saatlarında baş verib.

Barlar bağlandıqdan sonra sərxoş fanatlar küçələrə çıxıb və dava düşüb.

Onları polis ayırmalı olub.

Hər iki ölkənin millisi çempionatdan çıxarıla bilər.

Qeyd edək ki, bundan əvvəl bu komandalar arasında Marseldə keçirilən görüşdən əvvəl və sonra da azarkeşlər arasında dava düşmüşdü və bundan sonra hər iki ölkənin milli federasiyalarına xəbərdarlıq edilib.

İyunun 15-də Lildə Rusiya və Slovakiya milliləri qarşılaşır.

İngiltərə isə iyunun 16-da qonşu Lansda Uels yığması ilə qarşılaşacaq.

Hər iki şəhərdə oyun qabağı alkoqollu içkilərin satışı cümə axşamınadək məhdudlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG