Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:54

“Zika təhlükəsi çox aşağıdır”


Zika visuru yoxlamaları, arxiv fotosu

Zika visuru yoxlamaları, arxiv fotosu

-

Rio de Janeyroda Olimpiya Oyunlarının Zika virusunun yayılmasını sürətləndirməsi “riski çox aşağıdır”. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) deyir.

Qurum Zika ekspertləri ilə məsləhətləşmələrdən sonra iyunun 14-də bir daha bildirib ki, yalnız hamilə qadınlar Braziliyada avqustun 5-21-də keçiriləcək oyunlara getməsinlər.

Braziliya Zika-nın episentri sayılır.

ÜST fevralda Zika virusuyla bağlı fövqəladə durum elan edib. Xəstəlik daha çox ağcaqanadlar vasitəsilə yayılır, nadir hallarda cinsi yolla keçir.

Bəzi səhiyyə ekspertləri Rioda Olimpiya Oyunlarının virusla bağlı təhlükəli durum yaratdığını bildirib, bundan sonra ÜST məsələyə yenidən baxacağını deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG