Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

Aranda 35 dərəcə isti, dağlarda dolu


Günəş
Günəş

-

İyunun 16-da Bakı və Abşeronda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah ölkənin şimal və qərb rayonlarında isə axşam şimşək çaxacağı, yağış yağacağı bildirilir. Bəzi yerlərə dolu düşəcəyi ehtimal edilir. Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG