Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:35

-

Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının 70-ci iclasında iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənovun rusiyalı həmkarı Sergei Shoigu ilə görüşdüyü bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə S.Shoigu deyib ki, iki ölkə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir.

Z.Həsənovun da öz növbəsində iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirdiyi və rusiyalı həmkarını Azərbaycana dəvət etdiyi bildirilir.

Bu gün Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir.

İclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası, hava-kosmik müdafiəsi layihəsinin işlənilməsi və «Beynəlxalq Hərbi Oyunlar-2016»nın keçirilməsi məsələlərinin müzakirəsi gözlənilir.
Z.Həsənov iyunun 14-də Moskvaya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG