Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:12

«Rosneft» səhmləri satıla bilər


Rosneft
Rosneft

-

Rusiya «Rosneft» dövlət neft şirkətinin səhmlərinin beşdə birini məxfi tranzaksiyalarla «strateji investorlar»a satmağı nəzərdən keçirir.

Bunu «Rosneft» rəhbəri Igor Sechin İtaliyanın «Il Sole 24 Ore» qəzetinə müsahibəsində deyib.

Onun sözlərincə, Rusiya iqtisadiyyatının zəifləməsi, neft qiymətlərinin aşağı olması və Qərbin iqtisadi sanksiyaları üzündən neft nəhənginə qlobal bazarlarda ədalətli qiymət qoyulmur.

Rusiyanın iqtisadiyyat nazirliyi 19.5 faiz səhmlərin özəlləşdirilməsindən 10.5 milyard dollar qazanacağına və ölkənin büdcə defisitini qapadacağına ümid edir.

Sechin deyib ki, hələlik, şirkətin qiyməti fundamental dəyərini almayıb və bu səbəbdən investorlara səhm satmazdan öncə şirkət bir müddət səhmlərin dəyərini qaldırmağa çalışacaq.

XS
SM
MD
LG