Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:08

Khamenei nüvə sazişini yandırmaqla hədələyir


Ayatollah Ali Khamenei (ortada)

Ayatollah Ali Khamenei (ortada)

-

İranın Ali dini lideri Ayatollah Ali Khamenei deyir ki, ABŞ-ın növbəti prezidenti ötən il dünya gücləri ilə imzalanmış nüvə sazişini cırarsa, İran bu sənədi “odda yandırar”.

İyunun 14-də Khamenei-nin rəsmi saytında dərc olunmuş bu sözlərin Donald Trump-a ünvanlandığı görünür. Republikaçılardan prezidentliyə potensial namizəd olan Trump nüvə sazişini “katastrofik” adlandırıb və ona yenidən baxacağını bildirib.

Khamenei həmçinin Birləşmiş Ştatları bank və sığorta sektorunda sanksiyaları qaldırmağı yubatmaqda ittiham edib.

“Amerikalılar öhdəliklərinin vacib hissəsini yerinə yetirməyiblər”, Khamenei deyib.

İrana qarşı iqtisadi sanksiyalar yanvarda qaldırılıb, ancaq ABŞ-ın qadağalarını pozmaqdan qorxan banklar hələ də əməkdaşlığa getmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG