Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:44

Ukraynalı Rusiyada “işgəncə”dən danışır


Yuriy Soloshenko (solda) və Henadiy Afanasyev (soldan ikinci)

Yuriy Soloshenko (solda) və Henadiy Afanasyev (soldan ikinci)

-

Rusiyada həbsdən buraxılmış iki ukraynalıdan biri işgəncəyə məruz qaldığını iddia edir. Hennadiy Afanasyev və Yuriy Soloshenko iyunun 14-də Kiyevə çatıblar. Onlar Ukraynada rusiyapərəst separatçılığa dəstək göstərdiyi bildirilən iki ukraynalıya dəyişdiriliblər.

Bir neçə həftə öncə isə ukraynalı pilot Nadia Savchenko rusiyalı məhbuslara dəyişdirilmişdi.

“Bir çoxları kimi mən də işgəncəyə və əzab-əziyyətə məruz qalmışam”, 25 yaşlı Afanasyev jurnalistlərə deyib. Krımlı fotoqraf olan Afanasyev Rusiya yarımadanı ilhaq edəndən bir neçə ay sonra saxlanıb və Rusiyanın təyin etdiyi hakimiyyətə qarşı terror hücumu planlaşdırmaqda təqsirli bilinərək 7 il həbs cəzasına məhkum edilib.

73 yaşlı Soloshenko isə keçmiş elektronika zavodunun rəhbəridir, 2014-cü ilin avqustunda Rusiya hakimiyyəti tərəfindən həbs olunub, S-300 raket sisteminin komponentlərini almağa cəhd göstərməkdə təqsirli bilinib. O, oktyabrda 6 illik həbsə məhkum edilib.

“Məncə, nə qədər ki, Rusiyanı Putin rejimi idarə edir, o, bizim düşmənimiz kimi qalacaq və bu səbəbdən Rusiya həbsxanalarındakı dostlarımızı buraxdırmaqdan ötrü əlimizdən gələni etməliyik”, Soloshenko deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG