Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

Paris ətrafında polis zabiti və onun həyat yoldaşını öldürən terroçunun üstündən siyasi xadimlər, polis əməkdaşları və reperlərin siyahısı çıxıb.

Bu barədə prokuror Francois Mollens məlumat yayıb.

Lyarossi Abbali adlı həmin şəxsin üstündə həmçinin 3 telefon və 4 bıçaq olub.

Prokurorluğun məlumatına görə, o, 3 həftə əvvəl “İslam Dövləti” qrupu ilə əlaqə saxlayıb.

Məlumata görə o, yanvardan polis nəzarətində imiş.

2013-cü ilin sentyabrında Pakistandakı cihadçı qrupla əlbir olma ittihamı ilə 2 ilyarım azadlıqdan məhrum edilib, amma məhkəməyə qədər həbsdə olması nəzərə alınaraq yarım ildən sonra azadlığa çıxıb.

Prokurorluq bu işlə bağlı ümumilikdə 3 nəfərin həbs olunduğunu bildirir.

Abbali ötən gecə Paris ətrafında polis zabiti və onun həyat yoldaşını qətlə yetirib.

Onların azyaşlı oğulları isə əməliyyat zamanı xilas edilib.

Polis əməliyyat zamanı Abbalini güllələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG